Həkim qəbuluna getmədən eynək almaq olar? Video/


Optik eynəklər, göz pozulmalarının müalicəsində ən çox istifadə olunan vasitələrdən biridir.
Hər bir insanın göz quruluşu və görmə ehtiyacları fərqlidir. Optik eynəklər görmə qabiliyyətinizi yaxşılaşdırmaq üçün xüsusi olaraq dizayn edildiyi üçün, dəqiq dioptri ölçülərini və düzgün linzaları seçmək vacibdir. Bu da ancaq oftalmoloqun müayinəsindən sonra mümkün olur.
Əgər hazır eynəklər almağı düşünürsünüzsə, müvəqqəti həll kimi istifadə edə bilərsiniz. Lakin uzunmüddətli olaraq göz sağlamlığınıza diqqət yetirmək üçün mütəxəssisin məsləhətini almaq yaxşı olar. Özünə uyğun olmayan eynək taxmaq göz yorğunluğuna və baş ağrılarına səbəb ola bilər.
Oftalmoloq Cərrah Dr Gövhər Əliyeva mövzu barədə videoda ətraflı məlumat verir.
Demedia.az Dr Gövhər Əliyeva "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.
Əzizzadə Məleykə / Demedia.az