Hamiləlikdə tənəffüs sistemi xəstəliyiniz varsa... Video/



 10:08 11.04.2025     625

Hamiləlik dövründə tənəffüs sistemi xəstəlikləri ciddi diqqət tələb edir, çünki bu xəstəliklər həm ananın, həm də körpənin sağlamlığına təsir göstərə bilər.

Tənəffüs sistemi xəstəliklərinin müalicəsi xəstəliyin növü, ağırlıq dərəcəsi və xəstənin ümumi sağlamlıq vəziyyəti nəzərə alınaraq həyata keçirilir. Hamiləlikdə rast gəlinən tənəffüs sistemi xəstəliklərinə astma, bronxit, pnevmoniya və s. daxildir. Bu xəstəliklər ananın oksigen səviyyəsinə təsir edərək körpənin inkişafına mane ola bilər. Hamiləlik zamanı tənəffüs sistemi xəstəliklərinin qarşısını almaq üçün immuniteti gücləndirmək, siqaretdən uzaq durmaq və müntəzəm tibbi müayinələrdən keçmək tövsiyə olunur.

 

Ginekoloq Əfsanə Məsimova mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az   Ginekoloq Əfsanə Məsimova "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. 

Əzizzadə Məleykə / Demedia.az