Qısa QT sindromu nədir? Video/


Qısa QT sindromu (QTS) ürəyin elektrik sistemindəki genetik bir xəstəlikdir.
Bu sindrom ürək ritmlərinin pozulması və ani ürək ölümü riskini artırır. Elektrokardioqramda (EKQ) QT intervalının qısalması ilə xarakterizə olunur. QTS genetik mutasiyalar nəticəsində yaranır və autosomal dominant şəkildə irsən keçir. Müalicə üçün implantasiya edilə bilən kardioverter-defibrilator və ya müəyyən dərmanlar istifadə olunur.
İnvaziv Uşaq Kordioloqu Elnur İmanov bu mövzu barədə youtube kanalında ətralı məlumat verib.
Demedia.az Elnur İmanov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.
Əzizzadə Məleykə / DEMEDİA.AZ