Təhlükəsiz yolla hamiləlikdən necə qorunmaq olar? Video/



 10:40 14.04.2025     587

Hamiləlikdən qorunmaq dedikdə çox zaman yanlış fikir yaranır, ancaq qadının qorunmasının lazımlığı düşünülür.

Əslində isə bu belə deyil. Hamilə qalmaq istəməyən cütlükərin hər ikisi bu vəziyyətdən sorumludur. Hamiləlikdən qorunmaq üsulları həm qadınlara, həm də kişilərə tətbiq edilə bilər. Hamiləlik planlanmırsa, hər kəsin hamiləlikdən necə qorunacağı haqqında məlumatının olması vacibdir, çünki arzu olunmaz hamiləlik baş verdikdə qadın hamiləliyini pozmaq məcburiyyətində qalır ki, bu da sonradan qadınıın həm sağlamlığına, həm də psixoloji vəziyyətinə öz mənfi təsirini göstərir. Hamiləlikdən qorunmaq üçün orqanizm üçün ən ziyansız üsullardan biri də uşaqlıq borularının cərrahi yolla bağlanmasıdır. Bu üsulla hamilə qalma şansı sıfıra endirə və ən ziyansız olaraq istifadə edilə bilər.Hamiləlikdən qorunmağın yolları arasında vaginal şamlar da istifadə edilir. Bu zaman həmin şamlar uşaqlıq yoluna istifadə edilir. Kişi sperması uşaqlıq boşluğuna keçmədən  uşaqlıq yolunda məhv olur. Bu üsul hamiləlikdən 100 % qorumur, təxmini 80-85% hallarda qoruyuculuq effektə malikdir. Vaginal şamlar cinsi əlaqədən 15-60 dəqiqə öncə uşaqlıq yoluna yeridilməlidir.Dəri altı implant tərkibində progestron hormonu olan 4sm  uzunluğunda  yad cisimdir. Təsir mexanizmi servikal seliyi artıraraq spermatozoidin uşaqlıq boşluğuna daxil olmasına maneə yaratmaqdan və endometriumu qalınlaşmağına mane olmaqdan ibarətdir. Təsir müddəti 3 ilə qədərdir, həkim tərəfindən dəri altına yeridilir və çıxardılır.

Ginekoloq Rəşad Sultan mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az   Ginekoloq Rəşad Sultan "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. 

Əzizzadə Məleykə / Demedia.az