MİGRENDƏN əziyyət çəkirsinizsə...DİQQƏT! Video/



 10:19 17.04.2025     381

Miqren (fr. migraine) — başın bir (nadir hallarda hər iki) hissəsini əhatə edən güclü və əzabverici epizodik və ya daimi ağrılarla müşayiət olunan nevroloji xəstəlikdir.

Bu halda başda hər hansı travma, insult, beyin şişi olmur. Miqren zamanı baş ağrıları arterial təzyiqin artması və ya kəskin azalması, qlaukoma tutmaları və ya kəllədaxili təzyiqin artması ilə əlaqədar deyil. Miqren ağır formalı birincili baş ağrısının ən geniş yayılmışnövüdür. Yayılma dərəcəsinə görə 10% kişilərdə, 22% qadınlarda müşahidə olunur. "Miqren" sözü fransız mənşəli olub, öz növbəsində yunan dilində "başın yarısı" mənasını verən ἡμικρανία (hemikraniya) sözündən götürülmüşdür. Miqren xəstəliyinin 2 növü vardır:

  1. Auralı miqren;
  2. Aurasız miqren

Miqren xəstəliyinin ən geniş yayılmış növü aurasız miqren tipidir. Aurasız miqren 4 saatdan 72 saata qədər davam edə bilər. Aurasız miqren zamanı ağrı fiziki və zehni aktivlik zamanı, işığa və səsə həssaslıq zamanı daha da artır. Ürəkbulanma, qusma ilə müşayiət olunur.

Nevroloq və Neyromodulyasiya mütəxəssisi Leyla Şahbazova mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az   Nevroloq və Neyromodulyasiya mütəxəssisi Leyla Şahbazova "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. 

Əzizzadə Məleykə / Demedia.az