Vaginal axıntıların yaranma səbəbi nədir? Video/



 10:19 18.04.2025     595

Qadınların bəziləri uşaqlıq yolu ifrazatının səbəbini başa düşmür və şəxsi gigiyena ilə ondan qurtulmağa çalışırlar. 

Amma axıntı – selikli qişaların təbii şirəsidir və orqanizmin digər mayeləri kimi (qan, tüpürcək, mədə şirəsi), onun da unikal funksiyaları var. Onun olmaması, xarakterinin dəyişməsi patologiyadan xəbər verə bilər. Patoloji və normal ifrazatı bir-birindən ayırmaq lazımdır. Onların təbiəti barədə qadını ginekoloq başa salmalıdır, amma, pasientdən öz orqanizminə diqqətlə yanaşma və normanı patolojidən fərqləndirməyi bacarmaq tələb olunur. Axıntının hansının normal, hansının patoloji olduğunu bilmək üçün, ifrazatla müşayiət olunan geniş yayılmış xəstəliklər barədə bilmək lazımdır.Əksər normal axıntıların menstrual tsikl ərzində xarakteri dəyişə bilər, amma xoşagəlməz qoxu olmamalıdır. Bu cür ifrazatın olması yaşlı qadınlarda normaldır. Bəzi xəstəliklər zamanı normal axıntının xarakteri dəyişir.

 

 

Ginekoloq Əfsanə Məsimova mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az   Ginekoloq Əfsanə Məsimova "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. 

Əzizzadə Məleykə / Demedia.az