Telefona çox baxmaq uşaqlarda yaddaş zəifliyi yaradır? Video/



 10:37 21.04.2025     686

Mobil telefondan istifadə edən uşaqlarda eşitmə və vizual-motor reaksiyaları zəifliyir, yorğunluq artır və iş qabiliyyəti azalır.

Bu, 14 ildir ki, məktəblilərdə cib telefonları və smartfonlardan gələn elektromaqnit radiasiyasının təsirini araşdıran bir qrup rusiyalı alimlərin gəldiyi nəticədir. Araşdırma nəticəsində məlum oldu ki, aktiv mobil istifadəçilərdə işıq və səs siqnallarına reaksiya zəifləyir və yazıda səhvlər nəzərəçarpacaq dərəcədə artır. Bu, həmçinin məktəblilərdə çalışqanlığın azalması, diqqət və yaddaşın zəifləməsi kimi özünü biruzə verir. 

  • Diqqət Yayınması: Uzun müddət telefona baxan uşaqlar daha az diqqət cəmləşdirə bilər ki, bu da məlumatları yadda saxlama prosesinə təsir edə bilər.

  • Yuxunun Pozulması: Telefonların ekranı gecə yatmadan əvvəl istifadədə melatonin hormonunun azalmasına səbəb olur və bu da yuxu pozğunluğu yarada bilər. Sağlam yuxu yaddaş üçün çox vacibdir.

 

Pediatr Günay Rəsulova mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az   Pediatr Günay Rəsulova "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.

Əzizzadə Məleykə / Demedia.az