Cinsi yolla keçən xəstəliklər hansılardır? Video/



 10:11 22.04.2025     681

Cinsi yolla keçən xəstəliklər (CYKX), cinsi əlaqə zamanı insandan insana ötürülən infeksiyalardır.

Bu xəstəliklər bakteriyalar, viruslar, parazitlər və ya göbələklər tərəfindən törədilə bilər və reproduktiv sistemə ciddi ziyan vura, həmçinin digər sağlamlıq problemlərinə səbəb ola bilər. Cinsi yolla keçən xəstəliklər fərqli simptomlarla özünü büruzə verə bilər və bəzən heç bir əlamət göstərməyə də bilər, bu da xəstəliyin yayılmasını asanlaşdırır. Ümumdünya səhiyyə təşkilatının verdiyi məlumata görə dünya əhalisinin hər 6 nəfərindən biri buinfeksiyaların biri ilə xəstələnmişdir. İnfeksiyanın yayılması çox asandır. Qorunmamş cinsi əlaqə zamanı bir dəfəyə 15-20 növdə infeksiya keçə bilər ki,bunlardan da ən çox rast gələni trixomanada,qonokoklar,mikoplazma,ureoplazmalar,papilloma virus,qerpes və s. Bu günə kimi cinsi yolla keçən 31 yoluxdurucu infeksiya  məlumdur.

Androloq Azər Mirzəyev mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az  Androloq Azər Mirzəyev "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Əzizzadə Məleykə / Demedia.az