Uşaqlarda yüksək təzyiq hansı xəstəliklərlə əlaqəlidir? Video/



 10:13 23.04.2025     633

Uşaqlarda yüksək arterial təzyiq (hipertenziya) müxtəlif xəstəliklərlə əlaqəli ola bilər.

Bu xəstəliklər əsasən iki kateqoriyaya bölünür:

  1. Birincili Hipertenziya: Bu, heç bir digər xəstəliyin nəticəsi olmadan yaranır və genetik meyillik, stress, qeyri-sağlam həyat tərzi və qeyri-düzgün qidalanma kimi faktorlarla əlaqəli ola bilər.

  2. İkincili Hipertenziya: Bu, digər xəstəliklərin simptomu kimi ortaya çıxır. Əsas səbəblər arasında böyrək xəstəlikləri, endokrin sistem problemləri, ürək-damar xəstəlikləri və bəzi hormonal pozuntular yer alır.

Uşaqlarda yüksək təzyiqin simptomları arasında baş ağrısı, ürəkbulanma, başgicəllənmə, qulaqlarda küy və burun qanaması ola bilər. Bəzən isə heç bir simptom olmadan təsadüfən aşkarlanır.

İnvaziv Uşaq Kordioloqu Elnur İmanov bu mövzu barədə youtube kanalında ətralı məlumat verib. 

Demedia.az  Elnur İmanov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Əzizzadə Məleykə / DEMEDİA.AZ