Üçlü sinir nevralgiyası nədir? Video/



 10:22 24.04.2025     732

Trigeminal nevralgiya – üçlü sinirin ( üzün ən böyük hissi sinirinin ) xroniki iltihab xəstəliyi olub, paroksizmal ağrı sindromu ilə xarakterizə olunur.

Həmçinin bu xəstəlik üz və ya trigeminal (Latinca “ trigeminus “ – “ üçlü “ deməkdir ) nevralgiya da adlanır .Trigeminal nevralgiya 100 min nəfərə 40-50 halda rast gəlinir. İl ərzində hər 100 min nəfərə 5 xəstələnmə halı baş verir. Statistikaya görə, bu xəstəliyə daha çox 50 yaşından yuxarı qadınlar məruz qalırlar. Gənclərin xəstələnmə ehtimalı azdır, cəmi bir neçə dəfə məktəbəqədər uşaqlarda xəstəlik halları təsvir edilmişdir. Trigeminal nevralgiyanın yaranma mexanizminə görə bu patologiya birincili və ya həqiqi ( yalnız üçlü sinirin təcrid olunmuş zədələnməsi ) və ikincili (sinir sisteminin sistem xəstəliklərinin bir simptomu kimi təzahür edən nevralgiya kimi ) ola bilər.

 

Nevroloq və Neyromodulyasiya mütəxəssisi Leyla Şahbazova mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az   Nevroloq və Neyromodulyasiya mütəxəssisi Leyla Şahbazova "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. 

Əzizzadə Məleykə / Demedia.az