Uşaqlarda yavaş inkişaf və çəki artımının olmaması ürəkdən qaynaqlana bilərmi? Video/



 10:34 28.04.2025     933

Uşaqlarda çəki azlığı hipotrofiya adlanır. Hipotrofiya zamanı uşaq orqanizmində orqan və sistemlərin inkişafı gecikir, tez-tez infeksion xəstəliklər yaranır.

Hətta xəstəliyin ağır formaları körpənin həyatını itirməsinə də səbəb ola bilər. 1-ci dərəcəli hipotrofiya xüsusi pəhrizlərin köməyi ilə ev şəraitində müalicə olunur. 2-ci və 3-cü dərəcəli hipotrofiya ciddi problem hesab olunur və adətən, müalicəsi xəstəxana şəraitində aparılır. Ürəkdəki problemlər orqanizmə qan dövranını zəiflədir və bu da orqanların və toxumaların kifayət qədər qidalı maddələr və oksigen almasına mane ola bilər. Bu cür problemlər ümumiyyətlə doğuşdan gələn ürək qüsurları, ürək çatışmazlığı və ya ritm pozuntuları kimi vəziyyətlərdən qaynaqlana bilər. Ancaq yavaş inkişaf və çəki artımının başqa səbəbləri də ola bilər, məsələn:

  • Hormon pozuntuları (tiroid problemləri və ya böyümə hormonunun azlığı),

  • Metabolik pozuntular,

  • Qidalanma çatışmazlığı və ya absorbsiya problemləri,

  • Genetik xəstəliklər.

İnvaziv Uşaq Kordioloqu Elnur İmanov bu mövzu barədə youtube kanalında ətralı məlumat verib. 

Demedia.az  Elnur İmanov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Əzizzadə Məleykə / DEMEDİA.AZ