TİRİOİD düyünləri xərçəngdir? Video/


Qalxanabənzər vəzi boyunun orta xəttində yerləşir və təxminən 20-25 qram ağırlığındadır.
Qalxanabənzər vəzi yod elementi istifadə edərək bədən üçün hormon istehsal edir və bu hormon orqanizmdə gedən metabolik prosessləri nizamlayır. Tirioid vəzi xəstəlikləri insanlarda çox rast gəlinir, belə ki, təxminən hər 10 nəfərdən 3-də təsadüf edilir və adətən asimptomatik seyirlidirlər. Ancaq tirioid düyünlərinin bəziləri xərçəng olaraq ortaya çıxır və yaxud daha sonra xərçəng xəstəliyinə çevrilə bilirlər. Digər xərçəng növləri ilə müqayisədə daha az rast gəlinir, statistik olaraq bütün xərçənglərin 1 % təşkil etməkdədir və nisbətən yaxşı proqnoza malikdirlər. Qadınlarda kişilərə nisbətən daha çox təsadüf edilir. Qalxanabənzər vəzi xərçəngi, vəzin öz hüceyrələrindən əmələ gəlir və 4 əsas növü möcuddur.
- Papillyar
- Follikulyar
- Medullyar
- Anaplastik
Endokrinoloq Ayşən Xəlilova mövzu barədə videoda ətraflı məlumat verib.
Demedia.az Endokrinoloq Ayşən Xəlilova "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir. Videonu izləyərək ətraflı məlumat əldə edə bilərsiniz.
Əzizzadə Məleykə / DEMEDİA.AZ