Əlamət verməyən ürək xəstəlikləri var? Video/



 10:34 05.05.2025     1009

Bəzi ürək xəstəlikləri ilkin mərhələdə heç bir əlamət verməyə bilər.

Məsələn, hipertoniya, koronar arter xəstəliyi və ürək ritm pozğunluğu kimi problemlər uzun müddət simptomsuz qala bilər. Hətta ürək çatışmazlığı və miokard enfarktüsü kimi ciddi xəstəliklər belə, bəzi insanlarda gözlənilmədən ortaya çıxa bilər.

Bəzi gizli əlamətlərə yorğunluq, nəfəs darlığı, ayaqlarda şişkinlik, çənə və ya boyun ağrısı, həzmsizlik, biləkdə narahatlıq və tinnitus kimi qeyri-adi hisslər daxildir. Bu əlamətlər ürək problemlərinin xəbərçisi ola bilər, lakin insanlar onları başqa səbəblərlə əlaqələndirərək gözardı edə bilərlər.

Əgər ürək sağlamlığınızla bağlı narahatlığınız varsa, mütəmadi tibbi müayinə və profilaktik tədbirlər görmək vacibdir.

 

İnvaziv Uşaq Kordioloqu Elnur İmanov bu mövzu barədə youtube kanalında ətralı məlumat verib. 

Demedia.az  Elnur İmanov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Əzizzadə Məleykə / DEMEDİA.AZ