Allergiyanı qan analizi ilə müəyyən etmək olar? Video/



 10:42 05.05.2025     595

Allergiyanı qan analizi ilə müəyyən etmək mümkündür.

Spesifik IgE testləri (RAST və ya ImmunoCAP) qan nümunəsində allergenlərə qarşı immunoglobulin E (IgE) anticisimlərinin səviyyəsini ölçür. Bu testlər allergik rinit, astma, qida allergiyaları və bəzi dərman allergiyalarını aşkar etmək üçün istifadə olunur.

Bundan əlavə, ELISA metodu ilə aparılan qan testləri də mövcuddur. Məsələn, qlüten allergiyasını müəyyən etmək üçün qan zərdabında spesifik IgE-nin miqdarı ölçülür. Bu testlər allergik reaksiyaların səbəbini müəyyən etməyə və müalicə prosesini izləməyə kömək edir.

 

Pediatr Günay Rəsulova mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az   Pediatr Günay Rəsulova "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.

Əzizzadə Məleykə / Demedia.az