Uşağınızın burnu tez-tez qanayırsa...DİQQƏT! Video/



 10:36 07.05.2025     705

Uşaqda burun qanaması ümumiyyətlə, heç bir səbəb olmadan, qəfildən baş verə bilər.

Çox vaxt qanaxma qısa müddətdən sonra öz-özünə dayanır. Qanaxma uzun müddət davam edərsə, uşaq özünü zəif hiss edir, solğun olur, təzyiqi aşağı düşür, soyuq tər basır və başı fırlanır. Uzun müddət davam edən qanaxma böyük qan itkisinə, anemiyanın inkişafına səbəb olur. Uşağın nə qədər qan itirdiyini təyin etmək mümkün deyil, qanın bir hissəsini uşaq sadəcə udur. Uşaqlarda burun qanamasının səbəbləri nədir?

  • Çox vaxt qanaxma burnun zədələnməsi nəticəsində baş verir. Uşaqların burnunda çox sayda damar olduğundan və səthə yaxın yerləşdiyindən, həmçinin selikli qişa incə olduğundan, buruna dəyən hər hansı bir zərbə qanaxmaya səbəb ola bilər.

  • Bəzən körpələrin burnuna bir şey tıxaması qan damarlarını zədələyərək, qanaxmaya səbəb olur.

  • Çox quru hava ilə nəfəsalma zamanı burnun selikli qişası quruyur, elastikliyini itirir və asqırarkən  çatlayaraq, qanaxmaya səbəb olur.

  • Damar keçiriciliyinin artması zamanı  iltihab, soyuqdəymə, qrip  zamanı burun qanaxması müşahidə oluna bilər. Bir qayda olaraq, damar divarının keçiriciliyinin artmasına irsi meyillilik olur.

  • Vegeto-damar distoniyasından əziyyət çəkən uşaqlarda, xüsusən yeniyetməlik dövründə qan təzyiqində tez-tez kəskin dəyişiklik nəticəsində burun qanaması meydana gələ bilər. 

  • Həddindən artıq istiləşmə, gün vurması da burun qanamasına səbəb ola bilər. 

Pediatr Günay Rəsulova mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az   Pediatr Günay Rəsulova "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.

Əzizzadə Məleykə / Demedia.az