Unutqanlıq: hər zaman xəstəlik deyil! Video/



 10:00 29.05.2025     747

Bəzən unutqanlıq sadəcə beynin informasiya axınına uyğunlaşmaq cəhdidir.

Stress, yorğunluq, çoxlu məlumat yüklənməsi kimi səbəblər müvəqqəti unutqanlığa yol aça bilər. Hətta beyin bizə lazımsız detalları süzgəcdən keçirərək daha vacib informasiyaya diqqət yönəltməyə kömək edir. Əgər unutqanlıq həyat keyfiyyətini ciddi şəkildə pozmursa, narahat olmağa ehtiyac yoxdur. Yaxşı yaddaşı qorumaq üçün isə zehni məşğələlər, sağlam qidalanma və aktiv həyat tərzi çox faydalıdır.

 

Nevroloq və Neyromodulyasiya mütəxəssisi Leyla Şahbazova mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az   Nevroloq və Neyromodulyasiya mütəxəssisi Leyla Şahbazova "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. 

Əzizzadə Məleykə / Demedia.az