Uşağınızın boyu niyə uzanmır? Səbəb bu vitaminlərin çatışmazlığı ola bilər! Video/



 10:23 23.06.2025     600

Boy inkişafı valideynləri ən çox narahat edən mövzulardandır.

Uşağınızın yaşıdlarına nisbətən daha alçaqboylu olduğunu müşahidə edirsinizsə, bunun səbəblərindən biri də bəzi vitamin və mineralların kifayət qədər qəbul edilməməsi ola bilər. Bunlara aşağıdakılar daxildir:

  • D vitamini – Kalsiumun sorulmasına kömək edir və sümük sağlamlığında əsas rol oynayır.

  • Kalsium – Sümüklərin böyüməsi və möhkəm olması üçün vacibdir.

  • Sink (Zn) – Hüceyrə bölünməsi və böyüməsi üçün əhəmiyyətlidir.

  • A vitamini – Toxuma və sümük böyüməsinə yardım edir.

  • Maqnezium və fosfor – Sümük inkişafını dəstəkləyən əsas minerallardır.

Əgər uşağınızda boy artımı zəifdirsə, ilk addım olaraq uşaq həkimi və ya endokrinoloqla məsləhətləşmək tövsiyə olunur. Bəzən sadə bir qan analizi ilə hansı maddələrin çatışmadığını müəyyən etmək mümkündür.Unutmayın, hər uşaq fərqlidir və inkişaf tempi dəyişə bilər. Əsas odur ki, uşağınız balanslı qidalanır, kifayət qədər yatır və aktiv həyat sürür.

Pediatr Günay Rəsulova mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az   Pediatr Günay Rəsulova "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.

Əzizzadə Məleykə / Demedia.az 

  •