Estrogenin Gözəllik Sirri: Dərinin Elastikliyində Rolu Nədir? Video/



 11:35 04.07.2025     532

Estrogen – qadın orqanizmində əsas cinsi hormonlardan biridir.

Əsasən yumurtalıqlarda istehsal olunur. Bundan əlavə, az miqdarda böyrəküstü vəzilərdə və kişilərdə testislərdə də sintez edilə bilər. Estrogenin funksiyaları:

  • Cinsi inkişaf və funksiyalar: Qız uşaqlarında ergenlik dövründə sinə böyüməsi, aybaşı dövrünün başlaması və qadınsayağı bədən quruluşunun formalaşmasını təmin edir.

  • Dəri və sümük sağlamlığı: Dərinin elastikliyini qoruyur, sümük toxumasını gücləndirir və sümük əriməsinin qarşısını alır.

  • Beyin funksiyaları: Beyində serotonin səviyyəsini tənzimləyərək əhvalın sabit qalmasına kömək edir.

  • Ürək-damar sistemi: Xolesterin səviyyəsinə təsir edərək ürək xəstəliklərinin riskini azaldır.

Endokrinoloq Ayşən Xəlilova mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az Endokrinoloq Ayşən Xəlilova "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir. Videonu izləyərək ətraflı məlumat əldə edə bilərsiniz.

Əzizzadə Məleykə / DEMEDİA.AZ