10 dəqiqəlik " HORMON DOSTU" səhər hərəkəti Video/



 10:29 16.07.2025     644
Səhər saatlarında edilən idman fəaliyyəti orqanizmdə hormonal balansın tənzimlənməsində mühüm rol oynayır. Tədqiqatlar göstərir ki, bu zaman ifraz olunan hormonlar insanın gün ərzində əhval-ruhiyyəsinə, enerjisinə və psixoloji vəziyyətinə birbaşa təsir göstərir.İlk növbədə, kortizol hormonunun səviyyəsi səhərlər təbii olaraq yüksək olur. Bu hormonun idarəli şəkildə yüksəlməsi bədənin oyanmasına və günə enerjili başlamasına səbəb olur. İdman kortizolun tənzimlənməsinə kömək edərək stress səviyyəsini aşağı salır.Səhər idmanı həmçinin serotonin və dopamin kimi "xoşbəxtlik" və "motivasiya" hormonlarının ifrazını artırır. Bu hormonlar gün ərzində əhvalın sabit qalmasına, fokuslanma qabiliyyətinin yüksəlməsinə və ümumilikdə psixoloji rifahın yaxşılaşmasına səbəb olur.Endorfin hormonu da idman zamanı aktiv şəkildə ifraz olunur və bu da ağrının azalmasına, daxili rahatlığın artmasına xidmət edir. Bundan əlavə, səhər idmanı insulin həssaslığını yaxşılaşdıraraq maddələr mübadiləsinin düzgün işləməsinə və qan şəkərinin stabilləşməsinə şərait yaradır.Kişilərdə isə səhər saatlarında edilən güc məşqləri testosteron səviyyəsinin təbii şəkildə yüksəlməsinə müsbət təsir göstərə bilər. Bu hormon əzələ inkişafı, enerji və ümumi fiziki güc baxımından vacibdir.Ümumilikdə səhər idmanı yalnız fiziki sağlamlıq üçün deyil, hormonal sistemin balansda qalması və psixoloji rifahın təmin olunması üçün də mühüm bir vərdişdir.  

Endokrinoloq Ayşən Xəlilova mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az Endokrinoloq Ayşən Xəlilova "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir. Videonu izləyərək ətraflı məlumat əldə edə bilərsiniz.

Əzizzadə Məleykə / DEMEDİA.AZ