Beyin dalğaları ilə sağalma: TMS terapiyası haqqında Video/



 09:59 17.07.2025     664

TMS terapiyası — beyin dalğalarını istifadə edərək müalicə edən üsuldur.

Bu metodda xüsusi cihazlar vasitəsilə beynə maqnit impulsları göndərilir. Hədəf sinir hüceyrələridir və məqsəd onların fəaliyyətini yaxşılaşdırmaqdır. Bu terapiya:

  • Depressiya, obsesif-kompulsiv pozuntu, travma sonrası stress kimi problemlərdə istifadə olunur

  • Ağrısızdır, pasiyent narkoz almır və seans boyunca ayıq olur

  • Hər seans təxminən 20-40 dəqiqə çəkir, müalicə kursu isə adətən 4-6 həftə davam edir

  • Əksər hallarda dərmanlarla müalicə alınmayan pasiyentlərdə effekt verir

  • Yan təsiri çox nadir hallarda yüngül baş ağrısı və ya dəridə qıcıqlanma ola bilər

 

Nevroloq və Neyromodulyasiya mütəxəssisi Leyla Şahbazova mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az   Nevroloq və Neyromodulyasiya mütəxəssisi Leyla Şahbazova "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. 

Əzizzadə Məleykə / Demedia.az