Körpənin sidiyinin qoxusu dəyişirsə, bu hansı xəstəliyin xəbərçisidir? Video/


Valideynlər körpələrinin sidiyindən kəskin və fərqli qoxu hiss etdikdə narahat ola bilərlər.
Bu, bəzən ciddi sağlamlıq problemlərinin xəbərçisi olur.
Sidik yolları infeksiyası (UTI): Körpənin sidiyi pis və kəskin qoxuludursa, bu, infeksiyaya işarə edə bilər. Şəkərli diabet: Sidikdə şirin və meyvə qoxusu varsa, nadir hallarda erkən yaşda rast gəlinən diabet əlaməti ola bilər. Fenilketonuriya: İrsi metabolik xəstəlikdir. Sidikdə kəskin qoxu ilə özünü göstərə bilər.
Susuz qalma: Körpənin kifayət qədər maye qəbul etməməsi sidiyin qoxusunu dəyişə bilər. Böyrək problemləri və dərmanlar: Sidiyin tərkibi və qoxusu qidalanmaya və dərmanlara görə dəyişə bilər.
Sidikdə qoxu dəyişikliyi uzun müddət davam edirsə və digər simptomlar müşahidə olunursa, mütləq həkimə müraciət edilməlidir.
Pediatr Günay Rəsulova mövzu barədə videoda ətraflı məlumat verir.
Demedia.az Pediatr Günay Rəsulova "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.
Əzizzadə Məleykə / Demedia.az