Şəkərsiz Dayana Bilmirsən? Şəkər Asılılığı Ola bilər! Video/



 10:47 23.07.2025     838

Əgər hər gün şirin nəsə yemək istəyirsənsə, yeməkdən sonra mütləq şokolad, konfet axtarırsansa, bu sadəcə vərdiş deyil – şəkər asılılığı ola bilər.

Şəkər beynimizə xoşbəxtlik hissi verir, ona görə də tez-tez onu istəyirik. Amma çox şəkər yemək zamanla yorğunluq, əsəb, kökəlmə və başqa sağlamlıq problemlərinə səbəb ola bilər. Əgər şəkəri birdən azaldanda əsəbiləşirsənsə, başın ağrıyırsa və ya halsız olursansa – bu da asılılıq əlamətidir.Nə edə bilərsən?
– Daha çox su iç
– Meyvə-tərəvəz və tam taxıllı qidalar ye
– Az-az və nizamlı qidalan
– Stressi azaltmağa çalış

Unutma: şəkəri tədricən azaltmaq həm özünü yaxşı hiss etməyə, həm də daha sağlam yaşamağa kömək edir.

 

Endokrinoloq Ayşən Xəlilova mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az Endokrinoloq Ayşən Xəlilova "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir. Videonu izləyərək ətraflı məlumat əldə edə bilərsiniz.

Əzizzadə Məleykə / DEMEDİA.AZ