Addımlarda yavaşlama, əllərdə titrəmə – xəbərdarlıq siqnalı video/



 15:01 29.09.2025     537

Parkinson xəstəliyi sinir sisteminin xroniki və proqressiv xəstəliklərindən biridir.

Beyində dopamin adlı maddənin azalması nəticəsində yaranan bu xəstəlik daha çox yaşlı insanlarda müşahidə olunur.Mütəxəssislərin sözlərinə görə, xəstəliyin əsas əlamətləri əllərdə və bədəndə titrəmə, əzələ sərtliyi, hərəkətlərin ləngiməsi və tarazlıq pozuntularıdır. Bununla yanaşı, yuxu problemləri, depressiya, qoxu hissinin zəifləməsi və yaddaş pozuntuları da parkinsonun qeyri-motor əlamətləri sırasında yer alır.Hazırda parkinson xəstəliyinin tam müalicəsi mümkün deyil. Lakin dərman vasitələri, fizioterapiya və bəzi hallarda tətbiq edilən cərrahi üsullar xəstələrin həyat keyfiyyətini yaxşılaşdırmağa kömək edir.

 

Nevroloq Röyanə Quluzadə mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az   Nevroloq Röyanə Quluzadə "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. 

Əzizzadə Məleykə / Demedia.az