Sadəcə əl titrəməsi deyil – Parkinsonun gizli əlamətləri video/



 12:15 07.10.2025     809

Parkinson xəstəliyi, əsasən beyin hüceyrələrinin zədələnməsi nəticəsində yaranan və hərəkət funksiyalarını təsir edən xroniki nevroloji xəstəlikdir.

Bu xəstəlik dopamin adlı neyrotransmitterin çatışmazlığı ilə əlaqədardır. Dopamin sinir hüceyrələrinin bir-biri ilə hərəkət və koordinasiyanı təmin edən mesajları göndərməsində rol oynayır.

Əsas simptomlar:

  • Əllərdə, qollarda və ayaqlarda titrəmə

  • Hərəkətlərin yavaşlaması və sərtlik

  • Tarazlıq və koordinasiya problemləri

Parkinson həmçinin yuxu problemləri, depressiya, nitq və yazı çətinlikləri kimi əlavə əlamətlərlə müşayiət oluna bilər.

Nevroloq və Neyromodulyasiya mütəxəssisi Leyla Şahbazova mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az   Nevroloq və Neyromodulyasiya mütəxəssisi Leyla Şahbazova "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. 

Əzizzadə Məleykə / Demedia.az