Endometrioz - yenidən qayıda bilər? video/



 11:14 14.10.2025     522

Endometrioz – qadınlarda yayılmış, lakin çox zaman gec diaqnoz qoyulan xəstəlik

Endometrioz, uşaqlıq daxili qişasının (endometriumun) uşaqlıq boşluğu xaricində yerləşməsi ilə xarakterizə olunan xroniki xəstəlikdir. Bu toxuma hər ay menstrual dövrlə birlikdə qalınlaşır, qanayır, lakin orqanizmdən xaric ola bilmədiyi üçün orqanlarda iltihab, çapıq və yapışıqlıqlar yaradır.Xəstəlik adətən reproduktiv yaşda olan qadınlarda rast gəlinir və əsas əlamətlərinə güclü menstrual ağrılar, cinsi əlaqə zamanı ağrı, sonsuzluq və qarında xroniki ağrı daxildir.Mütəxəssislərin sözlərinə görə, endometriozun səbəbi tam aydın olmasa da, genetik meyillik, hormonal dəyişikliklər və immun sisteminin pozulması rol oynaya bilər.Vaxtında diaqnostika və düzgün müalicə üsulları – o cümlədən hormonal terapiya və bəzi hallarda cərrahi müdaxilə – xəstəliyin gedişini nəzarətdə saxlamağa və qadının həyat keyfiyyətini yaxşılaşdırmağa kömək edir.

 

Ginekoloq Şəhla Hüseynova "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.

Əzizzadə Məleykə/ Demedia.az