Hamiləlikdə meyvə və şirə içmək – uşağın inkişafına necə təsir edir? video/



 12:31 22.10.2025     787

Hamiləlik dövründə düzgün qidalanma, həm ananın, həm də dölün sağlam inkişafı üçün əsas amillərdən biridir.

Bu baxımdan meyvələr və təbii meyvə şirələri vacib qida mənbəyi hesab olunur.Meyvələrdə olan vitaminlər, minerallar və antioksidantlar dölün beyin, sinir sistemi və immunitetinin formalaşmasında mühüm rol oynayır. Məsələn, C vitamini immun sistemi gücləndirir, fol turşusu isə sinir borusunun qüsurlarının qarşısını almağa kömək edir.Təbii meyvə şirələri də faydalıdır, lakin onların tərkibindəki şəkər miqdarına diqqət edilməlidir. Mütəxəssislər hazır şirələrdə əlavə şəkərin çox olduğunu və bu səbəbdən hamilə qadınlara təzə sıxılmış şirələrə və bütöv meyvələrə üstünlük verməyi tövsiyə edirlər.

 

Ginekoloq Şəhla Hüseynova "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.

Əzizzadə Məleykə/ Demedia.az