Prostat vəzi xəstəlikləri – kişilərdə səssizcə inkişaf edən təhlükə! video/
Prostat vəzi kişi orqanizmində sidik-ifraz və reproduktiv sistemin mühüm hissəsidir.
Onun sağlamlığı kişi məhsuldarlığına, sidik ifrazına və ümumi həyat keyfiyyətinə birbaşa təsir göstərir.Əsas xəstəliklər:
Prostatit (iltihab), xoşxassəli prostat böyüməsi (adenoma) və prostat xərçəngi bu vəzinin ən çox rast gəlinən problemləridir. Əlamətlər:
Sidik ifrazında çətinlik, tez-tez sidiyə getmə, qasıq nahiyəsində ağrı və ya yanma hissi, cinsi zəiflik və bəzən qanda və ya sidikdə qan müşahidə oluna bilər.Səbəblər:
Yaş artımı, hormonal dəyişikliklər, az hərəkətli həyat tərzi, infeksiyalar və genetik meyillilik əsas risk faktorları hesab olunur.
Androloq Azər Mirzəyev mövzu barədə videoda ətraflı məlumat verir.
Demedia.az Androloq Azər Mirzəyev "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.
Əzizzadə Məleykə / Demedia.az
