Çox protein – fayda yox, təhlükə? video/



 11:32 31.10.2025     684

Son illərdə yüksək proteinli qidalanma planları idmançılar və arıqlamaq istəyənlər arasında xeyli populyarlaşıb. Lakin mütəxəssislər xəbərdarlıq edir: protein bədəndə normadan artıq qəbul edildikdə sağlamlıq üçün ciddi risklər yarada bilər.

Mütəxəssislərin sözlərinə görə, artıq protein uzunmüddətli dövrdə böyrəklərə və qaraciyərə yük salır, həmçinin sümüklərdə kalsium itkisinə səbəb ola bilər. Bundan əlavə, balanssız qidalanma nəticəsində lif çatışmazlığı, bağırsaq problemləri və metabolik pozğunluqlar da müşahidə olunur.

 

 

Endokrinoloq Ayşən Xəlilova mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az Endokrinoloq Ayşən Xəlilova "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir. Videonu izləyərək ətraflı məlumat əldə edə bilərsiniz.

Əzizzadə Məleykə / DEMEDİA.AZ