Hamiləlikdən qoruyan implant – diqqətsizlik həyati risk yarada bilər! video/
Müasir dövrdə hamiləlikdən qorunma üsulları arasında implantlar qadınlar üçün həm rahat, həm də uzunmüddətli seçim sayılır.
Lakin bu üsulun effektivliyi implantın düzgün yerləşdirilməsindən və nəzarətdən asılıdır. Mütəxəssislər xəbərdarlıq edir ki, implantın səhv yerləşdirilməsi və ya vaxtında dəyişdirilməməsi ciddi fəsadlara, hətta həyati təhlükəyə səbəb ola bilər.Ginekoloqların sözlərinə görə, implant yerinə yetirilməzdən əvvəl həkim tərəfindən düzgün qiymətləndirmə aparılmalı, qadının sağlamlıq vəziyyəti, hormonal tarazlığı və mövcud xəstəlikləri nəzərə alınmalıdır. Əks halda qanaxma, infeksiya, hormonal pozğunluqlar və reproduktiv problemlər kimi risklər yarana bilər.İmplant 3-5 il ərzində təsirini qoruyur, lakin bu müddət bitdikdən sonra dərhal yenisi ilə əvəz edilməlidir. Vaxtında dəyişdirilmədikdə implant təsirini itirir və planlaşdırılmamış hamiləlik riski artır.Həkimlər qadınlara bu prosesi yalnız ixtisaslı mütəxəssisin nəzarəti altında etdirməyi, həmçinin implantın yerləşdiyi nahiyəni mütəmadi yoxlatmağı tövsiyə edir.
Ginekoloq Şəhla Hüseynova mövzu barədə videoda ətraflı məlumat verir.
Ginekoloq Şəhla Hüseynova "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.
Əzizzadə Məleykə/ Demedia.az
