Epilepsiyanın ən çətin formalarından biri – alın payı epilepsiyası video/
Epilepsiyanın ən mürəkkəb formalarından biri hesab edilən alın payı epilepsiyası, sürətli və gözlənilməz tutmalarla xarakterizə olunur.
Bu növ epilepsiya digər formalardan fərqli olaraq çox vaxt qısa müddətli olur və simptomlar bəzən psixoloji pozuntu və ya davranış problemi kimi səhv qiymətləndirilir. Məhz bu səbəbdən diaqnoz prosesi çətinləşir.Həkimlər bildirirlər ki, frontal epilepsiyada tutmalar gecə saatlarında daha çox baş verir və xəstələrdə qəfil hərəkətlər, qışqırma, qeyri-adi davranışlar müşahidə oluna bilər. Mütəxəssislər erkən diaqnozun və mütəmadi nevroloji müayinənin vacibliyini vurğulayırlar.
Nevroloq Röyanə Quluzadə mövzu barədə videoda ətraflı məlumat verir.
Demedia.az Nevroloq Röyanə Quluzadə "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük.
Əzizzadə Məleykə / Demedia.az
