Hidronefroz – uşaqlarda ən çox rast gəlinən böyrək problemi video/
Uşaqlarda hidronefroz böyrək piyələk-lay sisteminin genişlənməsi ilə xarakterizə olunan və pediatrik uroloji xəstəliklər arasında ən çox rast gəlinən problemlərdən biridir.
Bu vəziyyət adətən sidik axınının zəifləməsi və ya tam blokadası nəticəsində yaranır. Ən çox səbəblər arasında sidik axarlarının daralması, qüsurlu inkişaf, veziko-ureteral reflüks və hamiləlik dövründə formalaşan anatomik dəyişikliklər göstərilir.Hidronefroz yeni doğulmuşlarda tez-tez təsadüf edilir və bir çox hallarda rutin ultrasəs müayinəsi zamanı aşkarlanır. Xəstəliyin ağırlıq dərəcəsi dəyişkən olur – yüngül genişlənmədən tutmuş böyrək toxumasının zədələnməsi ilə nəticələnə bilən ağır formaya qədər.Mütəxəssislərin sözlərinə görə, erkən diaqnoz və mütəmadi nəzarət böyrəyin funksional itkisini önləmək üçün vacibdir. Diaqnostik prosesdə ultrasəs əsas yer tutur, lazım gəldikdə nüvə tibbi müayinələri və ya əlavə görüntüləmə metodları tətbiq olunur.
Uşaq cərrahı Toğrul Ömərov mövzu barədə videoda ətraflı məlumat verib.
Demedia.az Toğrul Ömərov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir. Videonu izləyərək daha ətraflı məlumat əldə edə bilərsiniz.
Əzizzadə Məleykə / DEMEDİA.AZ
