Bu virusdan xəbərdar olun: HPV nədir və necə yayılır? video/
HPV (İnsan Papilloma Virusu) dünyada ən geniş yayılmış virus infeksiyalarından biridir.
200-dən çox tipi var. Bəzi tiplər heç bir əlamət vermədən keçsə də, bəziləri genital ziyillərə, bəziləri isə uşaqlıq boynu, anal, ağız-boğaz və digər xərçəng növlərinə səbəb ola bilər.HPV necə yayılır?
-
Əsasən cinsi əlaqə zamanı (vaginal, anal, oral)
-
Dəri–dəri təması ilə
-
Qorunmasız cinsi əlaqə zamanı risk daha yüksəkdir
-
Əlamət olmasa belə virus başqasına keçə bilər
Əlamətləri varmı?
-
Çox vaxt heç bir əlamət vermir
-
Genital nahiyədə ziyillər
Bəzi hallarda uzun müddət sonra ciddi fəsadlar yarada bilər
Androloq uroloq Elgün Hacıyev mövzu barədə videoda ətraflı məlumat verir.
Demedia.az Androloq uroloq Elgün Hacıyev "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.
Əzizzadə Məleykə / Demedia.az
