SEREBRAL İFLİC olan uşağınız varsa, İZLƏYİN! video/



 16:12 06.01.2026     922

Serebral iflici olan uşaqlarda vətər qısalığı və əzələ tonusunun artması zamanla hərəkət imkanlarını məhdudlaşdıra bilər.


Valideynlərin düzgün və ardıcıl yanaşması bu prosesin qarşısını almaqda çox vacibdir.Ən vacib addım erkən və davamlı fizioterapiyadır. Gərmə və hərəkət məşqləri mütəmadi aparılmalıdır. Fizioterapevt tərəfindən öyrədilən hərəkətlər yalnız mərkəzdə deyil, ev şəraitində də hər gün davam etdirilməlidir. Müalicəni təxirə salmaq və ya fasilə vermək vətər qısalığının artmasına səbəb ola bilər.Uşağın düzgün mövqeləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Oturarkən, uzanarkən və yatarkən bədənin düzgün vəziyyətdə olması əzələ tonusunun artmasının qarşısını qismən ala bilər. Yanlış oturma və duruş problemi daha da dərinləşdirə bilər.Ortez və şinalardan düzgün istifadə vətərlərin qısalmasını ləngidə və hərəkətin daha düzgün formalaşmasına kömək edə bilər. Bu vasitələr mütləq həkim və ya ortopedin məsləhəti ilə seçilməlidir.Nevroloq və ortopedin müntəzəm nəzarəti vacibdir. Bəzi hallarda əzələ tonusunu azaltmaq üçün dərman müalicəsi və ya botulinum toksin tətbiqi uyğun ola bilər. Cərrahi müdaxilə isə yalnız digər üsullar yetərli olmadıqda nəzərdən keçirilir.Masaj və istilik tətbiqləri əzələlərin rahatlamasına kömək edə və məşqlərin daha effektiv icrasına şərait yarada bilər.Unutmaq olmaz ki, bu proses uzunmüddətlidir və səbr tələb edir. Davamlı məşq və düzgün yanaşma vətər qısalığının qarşısını almaqda və uşağın hərəkət qabiliyyətini qorumaqda əsas rol oynayır.

 

Nevroloq Röyanə Quluzadə mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az   Nevroloq Röyanə Quluzadə "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. 

Əzizzadə Məleykə / Demedia.az