Prostat və cinsi həyat: Nəyi bilməlisiniz? ANDROLOQDAN AÇIQLAMA video/



 14:27 16.02.2026     704

Prostat kişilərdə cinsi funksiya və spermanın keyfiyyəti üçün vacib vəzidir.
 

Yaş artdıqca prostatla bağlı problemlər — böyümə, iltihab və ya xərçəng — daha çox rast gəlinir və bu, cinsi istək, ereksiya və boşalma funksiyasına təsir edə bilər.Xoşxassəli prostat böyüməsi və prostat iltihabı zamanı sidik ifrazında çətinlik, gecə tez-tez sidiyə qalxma və çanaq nahiyəsində ağrı müşahidə oluna bilər. Daha ciddi hallarda isə prostat xərçəngi ilkin mərhələdə simptomsuz keçə bilər, buna görə vaxtında müayinə çox vacibdir.Mütəxəssislər 40 yaşdan sonra mütəmadi uroloji yoxlanış, sağlam qidalanma və aktiv həyat tərzini tövsiyə edirlər. Erkən diaqnoz həm prostat sağlamlığını, həm də cinsi həyatı qorumağa kömək edir.
 

Androloq uroloq Elgün Hacıyev mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az  Androloq uroloq Elgün Hacıyev  "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Əzizzadə Məleykə / Demedia.az