Uşaqlarda Dil Altı Yapışıqlıq (Dil Bağı) – Valideynlər Bunu Mütləq Bilməlidir! video/



 14:29 27.03.2026     453

Dil altı yapışıqlıq (ankiloglossiya) uşaqlarda doğuşdan mövcud ola bilən vəziyyətdir.

Dilin altındakı nazik toxuma normadan qısa və qalın olduqda, dilin hərəkəti məhdudlaşır. Bu, körpəlikdə əmizdirmə çətinliyi, böyüdükcə isə danışıq və ağız gigiyenası problemlərinə səbəb ola bilər.

Əlamətləri

  • Körpələrdə südü düzgün əmməmək, tez yorulmaq, çəki artımında gerilik.

  • Uşaqlarda sözlərin düzgün tələffüz edilməməsi, yemək zamanı çeynəmə və udma çətinliyi.

  • Dilin ağız boşluğunu tam hərəkət etdirə bilməməsi səbəbindən ağız gigiyenasında problemlər.

Uşaq Cərrahı və Uroloqu Vüsal Cəfərov mövzu barədə videoda ətraflı məlumat verir. 

Demedia.az  Uşaq Cərrahı və Uroloqu Vüsal Cəfərov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Əzizzadə Məleykə / Demedia.az