Qəhvə içənlər diqqət — hormonlar təhlükədə ola bilər! video/



 14:36 28.04.2026     567

Qəhvə içmək bir çoxları üçün gündəlik vərdişdir, amma araşdırmalar göstərir ki, kofein hormonlara təsir edə bilər.
 

Qəhvə kortizol səviyyəsini yüksəldir, bu isə stressi artırır və yuxu rejimini poza bilər. Estrogen və progesteron hormonlarında dəyişikliklər müşahidə olunur, bu da qadınlarda hormonal balansı poza bilər. Kişilərdə testosteron səviyyəsi yüksələ bilər, qadınlarda isə azalması halsızlıq və cinsi istəksizlik yarada bilər.

Həddindən artıq qəhvə kalsiumun bədəndən atılmasını sürətləndirir, sümük zəifliyi və osteoporoz riskini artırır. Qan təzyiqini müvəqqəti yüksəldir, yuxusuzluğa səbəb olur və asılılıq yarada bilər.

Mütəxəssislər gündə 2–3 fincan qəhvənin təhlükəsiz olduğunu bildirirlər, amma yatmazdan ən azı 6 saat əvvəl kofein qəbulunu dayandırmaq tövsiyə olunur. Hamilə qadınlar və uşaqlar isə qəhvədən uzaq durmalıdırlar.

Endokrinoloq Ayşən Xəlilova mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az Endokrinoloq Ayşən Xəlilova "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir. Videonu izləyərək ətraflı məlumat əldə edə bilərsiniz.

Əzizzadə Məleykə / DEMEDİA.AZ