İnsan yatarkən beyin nə edir? - Araşdırma
Həyatın üçdə birini yatırıq.
Demedia.az xəbər verir ki, biz yatmadığımız zaman sinir hüceyrələri daim həyəcan içərisindədir və biri-birinə siqnallar verir.
Neyronların təmas yerlərində (sinapslarda) siqnalların keçiriciliyi tədricən artır, yəni ki, beyinin ətraf mühitdən aldığı stimullara cavab olaraq fəal şəkildə daxil edilir.
Neyronların artması həyəcanına görə, beyin daha pis işləməyə başlayır və bərpa etmək üçün vaxt lazım olur. Beləliklə, sinir sisteminin normal işi bərpa olunur.
Beyinin aktiv fəaliyyətinə görə sinir sistemində həyəcanını artması ilə yanaşı toksinlər də yığılır. Bu, beyində maddələr mübadiləsinin nəticəsidir.
Verilən məlumatlara görə, toksinlər yuxu zamanı səmərəli fəaliyyət göstərən limfa sistemi vasitəsilə çıxarılır.
Yuxu zamanı yeni sinapslar yaranır və köhnələr məhv edilir. Bu da o deməkdir ki, beyinin içərisində neyronlar arasında əlaqələrin yenidən qurulması baş verir. Bu onun plastik qalmasına, yəni ki, məlumatların idarə olunmasına, yeni biliklərin əldə edilməsinə və ətraf mühitdən gələn stimullara uyğunlaşmaqdır.
Aysun / Demedia.az