Şişkinliyə səbəb olan qidalar - Bunları bilmək vacibdir



 22:04 30.08.2022     9735

İnsanlar bilir ki, bəzi qidalar şişkinliyə səbəb olur. Məsələn;

-lobya və digər paxlalılar;

-meyvələr;

-şəkər (xüsusilə, süddəki laktoza);

-liflər (xüsusilə, dənli bitkilərdəki); Şişkinlikdən əziyyət çəkən insanlar kəpəkli çörək kimi, kəpəkli un məmulatlarından uzaq durmalıdır.

 Tutaq ki, siz bütün bu ərzaqlardan uzaq durdunuz, amma şişkinlik yenə sizə əziyyət verir. Səbəbi nədir?

 Demediaz.az xəbər verir ki, Anlamalı olduğumuz bir əsas prinsip var. Mən hazırda öd suyundan bəhs edirəm. Öd suyu qaraciyərdə istehsal olunur və öd kisəsində toplanır. Onun 3 əsas funksiyası var.

            Öd suyunu qabyuyan mayeyə bənzətmək olar. Bu şüşədə isə az miqdarda yağ var. Biz qabyuyan maye ilə yağı qarışdırsaq, köpüklənmə yaranır.  Yəni, kiçik hava qabarcıqları peyda olur.  Baxın, öd suyuna da yağ qarışanda eynilə bu proses təkrarlanır.  Mədəaltı vəzi lipaza fermenti ifraz edir ki,  məhz bu ferment yağı tam parçalayır.  Bununla da, parçalanmış yağlar yoğun bağırsaq tərəfindən mənimsənilə bilir.

            Öd suyunun birinci funksiyası  yağın tərkibindəki müəyyən maddələrin mənimsənilməsinə kömək etməkdir. Bunlar yağda həll olan  maddələrdir, məsələn: A, D, E, K1, K2 vitaminləri, Omega-3 və digər yağ turşuları.

            İkinci funksiyası isə xolesterinin səviyyəsini nizamlamaqdır.  Bəli, öd suyu xolesterinin səviyyəsini nəzarətdə saxlayan ən önəmli faktordur.  Qida ilə gələn xolesterindən əlavə, orqanizmin özü tərəfindən istehsal edilən xolesterin də var.  Öd suyu mənşəyindən asılı olmayaraq, xolesterinin orqanizmdə depolanmasının qarşısını alır.  Xolesterinin və lipidlərin səviyyələrinin yüksəlməsi öd suyunun miqdarının azlığından xəbər verir.

            Öd suyunun üçüncü vəzifəsi antibakterial kimi çıxış etməkdir. Digər deyimlə, o, yoğun bağırsaqdakı mənfi bakteriyaları öldürür. Yoğun bağırsaqdakı mikroorqanizmlərin də öz normaları var. Xüsusilə də, hidrogen və metan qazı yaradan mikroorqanizmlərin sayının çoxluğu   bu qazların bağırsaqda yığılmasına, nəticədə, şişkinliyə səbəb olur.  Bu sindrom qısaca olaraq SİBO (small intestinal bacterial overgrowth), yəni, incə bağırsaq bakteriyalarının çoxalması sindromu adlanır. Araşdırmalar sübut edib ki, əməliyyatla öd kisəsi götürülən insanların SİBO riski yüksəlir.

Öd suyunun çatışmazlığı daha bir problemə səbəb olur.  Belə ki, incə bağırsaqda həzm olunmayan yağların toplanması baş verir. Bu isə bağırsaqları məcbur edir ki, onları emal etməkçün var gücüylə işləsin. Nəticədə, qidanın həzm sistemindən keçid vaxtı uzanır, həzm prosesi çətinləşir, bu da sonra şişkinlik yaradır. Çünki fermentasiya uzun çəkir.  Ümumi desək, öd suyu bağırsağı sürüşkən edir. Öd suyunun çatışmazlığı şişkinlik, artıqlığı isə ishal səbəbidir.

Adətən, şişkinlik zamanı insanlar dərman içirlər. Bunlara probiotiklər, spazm əleyhinə preparatlar daxildir. Amma orqanizmə lazım olan öd duzudur. Əgər yalnız öd duzundan ibarət olmayan,  fermentlərlə zəngin, mədə turşusunun ifrazını artıran, öd suyunu duruldan, bitkilərdən hazırlanmış qida əlavəsi axtarırsınızsa, müasir tibbin nailiyyətləri sırasında tapa bilərsiniz.

Hərdən deyirlər: “Öd kisəsi o qədər də vacib orqan deyil.”  Bu, yalandır. Əgər öd kisəsi çıxarılsa, yaxud öd suyunun miqdarı yetəri qədər olmasa, problem təkcə şişkinlikdən ibarət olmur. Orqanizmdə müxtəlif narahatlıqlar meydana çıxır.

Öd suyunun çatışmazlığı aşağıdakı simptomların meydana çıxmasına səbəb olur:

  1. Hipotireoz.  Çünki öd suyu  qalxanabənzər vəzi hormonları olan T3 və T4-ün yaranmasında əhəmiyyətlidir.  Əgər qaraciyərdə yağlanma və ya toxumaların xəsarət alması varsa, demək, T3 və T4-ün yaranmasında çətinliklər  meydana çıxacaq.  Prosesin əksi, yəni, qalxanabənzər vəzinin T3 və T4 hormonlarını həddən artıq ifraz etməsi Qraves xəstəliyinə səbəb olur.  Bu, öd duzunun qəbulunun əks təsiri kimi də özünü göstərə bilər.  Öd duzunun qəbulu qalxanabənzər vəzinin işini sürətləndirir.
  2. Steatorreya. Hansı ki, unitazda belə, bu problemin izlərini görə bilərsiniz.  Çünki bu zaman nəcisdə həzm olunmamış yağ qalır. Bu da öd suyunun çatışmazlığı deməkdir.  Nəcisin rənginin boz, yaxud tünd olması da öd suyundan asılıdır.
  3. Daimi aclıq hissi. Çünki orqanizm toxluq hissi verən yağları və yağda həll olan faydalı maddələri mənimsəmir. Hətta qidanız zülallarla zəngin olsa belə, qida mənimsənilməsə, daimi aclıq hissi keçməyəcək. 
  4. Yeməkdən sonra diskomfort.  Adətən, ağırlıq sağ tərəfdə, boyunda hiss edilir. Yaxud sağ tərəfdəki kürək əzələlərinin təzyiqə məruz qalması kimi bir hal yaranır. Çünki öd kisəsindən üzüyuxarıya doğru uzanan sinir vardır.
  5. Öd kisəsində daş.  Bu, yüksək miqdardakı xolestrinin kristallaşmasıdır. Səbəb isə yenə  öd suyu çatışmazlığıdır.  Bayaq da qeyd etdiyim kimi, xolestrinin miqdarının nizamlanması öd suyunun nəzarətindədir.
  6. Yağda həll olan vitaminlərin əksikliyi.  A vitaminin çatışmazlığını görmə qabiliyyətinin azalması ilə, dəridəki müəyyən problemlərin meydana çıxması ilə  anlaya bilərsiniz. D vitamini çatışmazlığı isə soyuqdəyməyə tez tutulmaq, bitmək bilməyən mövsümi xəstəliklər ilə özünü biruzə verir.  Əzələ yorğunluğu, yaraların sağalmasının uzun çəkməsi isə E vitamini əksikliyindən xəbər verir.  K1 vitamini çatşmazlığı qanaxmaya səbəb olur.  K2 vitamininə ehtiyac duyan orqanizmdə kalsium depolanmağa başlayır.  Yığıntılar dişlərdə və damarlarda müşahidə edilir.
  7. Omega-3 yağ turşusu çatışmazlığı. İnsanlar Omega-3 qəbul etmək üçün balıq yağı içirlər. Omega-3, nəinki, ürək üçün, həmçinin, beyin üçün də faydalıdır.  Daimi Omega-3 qəbul edirsinizsə, amma xeyrini görmürsünüzsə, demək, orqanizmdə öd suyu çatışmazlığı var.

İndi isə öd suyu çatışmazlığı yaradan səbəblərdən danışaq:

  1. Öd kisəsinin əməliyyatla götürülməsi. Bu zaman  yemək əsnasında öd suyunu saxlamağa yer olmur. Yəni, qaraciyərdə hazırlanan öd suyu birbaşa bağırsağa axır. Hətta hərdən məlumatlar daxil olur ki, bəzi insanlarda öd kisəsi yenidən yaranır. Bəli, elə də olur. Zarafat etmirəm, cərrahi müdaxilədən sonra öd kisəsi yenidən yarana bilər.
  2. Az yağlı pəhrizlər. Əgər arıqlamaq üçün pəhriz saxlayırsınızsa, az yağlı yeməklər qəbul edirsinizsə, bu, orqanizmin öd suyu ifrazına mənfi təsir göstərir. Zaman keçdikcə, öd suyu ifrazı azalır, nəticədə, öd suyu çatışmazlığı yaranır.  Veganlarda öd kisəsi daşlarına daha çox rast gəlinməsinin səbəbi budur. Yağlı yeməklərən uzaq durduqlarına görə, onlarda öd suyu çatışmazlığı meydana gəlir.
  3. Antibiotiklər. Öd suyu qaraciyərdə hazırlanır və öd kisəsinə ötürülür. Bizim ikinci öd kisəmiz bağırsaqda mikroorqanizmlər tərəfindən yaradılır. Əgər həmin mikroorqanizmlər yoxdursa, ikinci dərəcəli həzm şirəmiz də olmur. Bu da həzm sisteminin normal işləməsinə mane olur. İshal zamanı da eyni proses baş verir: mikroflora məhv olduğundan öd suyu çatışmazlığı yaranır.  Tez-tez bağırsağı təmizləmə prosedurunu tətbiq edirsinizsə, bu zaman bağırsaqlardan qalıqlarla yanaşı, mikroflora da təmizlənir.  Bundan sonra həmin mikrofloranı bərpa etmək lazım gəlir ki, bu da öd duzu qəbulu ilə mümkündür.
  4. Yüksək estrogen səviyyəsi.  Hamiləlik əleyhinə, yaxud hormonal dərmanlar istifadə edərkən, və ya doğuşdan həmən sonra öd suyu çatışmazlığı yaranır. Buna görə də, hamiləlik zamanı əksər hallarda öd kisəsində daş  peyda olur. Çünki estrogen qaraciyərə təsir edir.
  5. Yüksək insulin səviyyəsi.  Karbohidratla zəngin qidalarla tez-tez qidalanmaq öd suyu ehtiyatını azalda bilər.
  6. Yüksək kortizol  səviyyəsi. Xüsusən, kortizol dərmanlar vasitəsilə qəbul edildikdə öd kisəsinə, həmçinin, qaraciyərə mənfi təsir edir.
  7. Omega-6 çoxluğu. Doymamış Omega-6 yağlarının çoxluğu qaraciyərə təsir göstərərək, öd suyu ifrazını bloklaya bilir. Nəticədə, qaraciyər piylənməyə başlayır. Bu da qaraciyərin soyuqlamasına, hətta sirrozadək gətirib çıxara bilir. Zədələnmiş qaraciyərdən lazımi qədər öd suyu ifrazı gözləmək absurddur.

Bəs, neyləməliyik?

  1. Çalışın, yeməklərinizdə kifayət qədər yağ olsun. Burda yağ deyərkən sağlam yağları nəzərdə tuturam, Omega-6-nı deyil.  Öd  suyunun ifrazında aktivləşmə üçün orqanizmə lazımlı yağları qəbul edin. 
  2. Yağsız pəhrizlərə üstünlük verməyin.  Bir sözlə, nə yağdan uzaq durun, nə də çox yağlı yeyin. Bağırsağın mikroflorasını bərpa edən probiotiklərdən və qidalardan istifadə edin. Məsələn; fermentlənmiş kələm...
  3. Fasiləli aclıq, birincisi, qanda şəkərin səviyyəsini azaldır, ikincisi, orqanizmin yenidən başlamaq, müəyyən miqdarda öd suyu depolamaq fürsəti olur. Əgər  tez-tez yesəniz, öd kisəsində lazımi qədər  öd suyu yığılmasına imkan olmayacaq.
  4. Karbohidrat qəbulunu məhdudlaşdırın. Bu zaman  qanda şəkərin miqdarı nizamlanacaq.
  5. Təmizlənmiş öd duzu qəbul edin. Yeməkdən sonra qəbul edilən öd duzu tabletləri, yaxud kapsulları öd suyunun artmağına, yeməyin tərkibindəki faydalı maddələrin orqanizm tərəfindən mənimsənilməsinə kömək edəcək.

Xəyalə Məmmədova