"Qız tələbələrin siqaretə aludə olmağı bizi çox üzür" - Həkim Tibb Universitedindən danışdı



 15:03 05.09.2022     939

“Dünayada 8 qadından biri bu gün süd vəzi xərçəngindən əziyyət çəkir”.

Bunu Demedia.az-a açıqlamasında mammoloq-radioloq Günel Qəmbərova bildirib.

Onun sözlərinə görə, Azərbaycanda vəziyyət eynidir:

“30 yaşdan aşağı qadınlarda süd vəzi xərçənginin yaranması üzrə birinci yerdə Türkiyə gəlir. Ölkəmizdə də bu yaş üzrə vəziyyət heç ürəkaçan deyil. Əvvəllər 50-60 yaş arası qadınlarda süd vəzi xərçənginə daha çox rast gəlinirdisə, indi vəziyyət tamam dəyişib. Müayinə etdiyim xəstələr arasında apardığım statistikaya görə, süd vəzi xərçəngi daha çox 28-32 yaş arası qadınlarda daha çox rast gəlinir. Xərçəng xəstəliyi Azərbaycanda da dünyada olduğu kimi cavanlaşıb. Lakin digər ölkələrdən fərqli olaraq, bizdə xanımlar həkimə gec müraciət edirlər”.

Xəstəliyin yaranma səbəbləri haqda danışan həkim bir sıra faktorları vurğulayıb:

“İlk növbədə qidalanmamız yerində deyil. Tibb Universitetinin müəllimiyəm. Oğalanları bir kənara qoyuram, məhz qız tələbələrin siqaretə alüdə olmağı bizi çox üzür. Əvvəllər kişilər daha çox siqaret çəkirdilərsə, bu gün qızlarımız da çəkir.

Bundan başqa, erkən cinsi inkişafa qızlarımızın tez daxil olması bu xəstəliyin yaranma səbəbləri sırasındadır. Əvvəllər 8-9 yaşlarda qızlar arasında aybaşı görülməsi nadir hallarda idisə, indi məktəblərdə 8-9 yaş qızlar aybaşı görürlər.

Eyni zamanda, qadınlarda menapauzanın gecikməsi də bu xəstəliyi tətikləyən səbəbdir. 50 yaşdan sonra aybaşı görən qadınlarda estrogen hormone çox olur ki, bu da xərçəng xəstəliyini yaradan əsas hormone hesab edilir”.

Xəyalə Məmmədova / Demedia.az