Qovunun zərərləri nələrdir? - Bu şəxslər yeməsin
Qovun təbii antioksidant olmaqla yanaşı, zərərsiz meyvədir.
Demedia.az bildirir ki, bununla belə, bəzi şərtlərdə qovun yeməyi azaltmaq lazımdır.
- Şəkərli diabetdən əziyyət çəkənlər həkimlə məsləhətləşməli və meyvəni müəyyən miqdarda yeməlidir. Qəfildən və artıq miqdarda yeyilən qovun qanda şəkərin səviyyəsini yüksəldə bilir;
- Qovuna allergiyası olanlar qətiyyətlə bu meyvədən uzaq durmalıdır;
- Mədə-bağırsağın soyuqlaması zamanı qovun yemək məsləhət deyil;
- Hamilələr və körpəsinə süd verən analar qovunu az yeməlidir;
- 1 yaşından balaca körpələrdə allergik reaksiyaya səbəb ola bilir.
Müasir dövrdə qovundan ehtiyat etmə səbəblərimizdən biri də gübrələrin həddən artıq verilməsidir. Bəzən azot gübrəsinin köməyiylə vaxtından əvvəl bazara çıxarılan qovunlar insanlarda ürəkbulanması və qusma yaradır.
Xəyalə Məmmədova / Demedia.az