Erməni milyarderin Xankəndiyə gəlişində məqsəd... - Politoloq açıqladı
"Qarabağa köçən erməni milyarder Ruben Vardanyanın separatçı rejimdə hansısa formada təmsilçiliyinin təşkil ediləcəyi, qondarma “nazirlərdən” biri ola biləcəyi istisna deyil. Məqsəd separatçı rejimin adından Qərb ölkələrində danışıqlar aparmaq, əlaqələr qurmaqdır".
Demedia.az xəbər verir ki, bunu politoloq Asif Nərimanlı deyib.
O bildirib ki, Rubenin qondarma “dövlət naziri” postuna gətiriləcəyi haqda söhbətlər dolaşır:
"Bu qondarma “nazirliyə” müxtəlif “qurumlar” daxildir, Vardanyanın bu postda olması ona geniş “səlahiyyətlər” qazandıra bilər. O cümlədən, bu postda olan Artak Beqlaryan separatçı-terrorçu rejimin Qərbdəki danışıqlarını həyata keçirənlərdəndir.
Və hadisələrin bu istiqamətdə mümkün istiqaməti də səbəbsiz deyil:
Birincisi, Rusiya vətəndaşlığından imtina edən Vardanyan separatçı rejimin “təmsilçisi” kimi Qərb ölkələrini “sərbəst” gəzmək imkanı qazanacaq;
İkincisi, bu “missiya” “çirkli pulların yuyulması” mexanizmini həyata keçirə bilməsi üçün ona legitimlik verəcək;
Vardanyanın Qarabağa gəlişində onun özü ilə yanaşı, erməni diasporu/lobbisinin, Qərbin və Rusiyanın da öz maraqları var".
Xəyalə Məmmədova / Demedia.az