Qərb bu məsələdə bölünəcək - Politoloqdan ŞOK



 14:50 06.09.2022     611

Rusiya Şimali Koreyadan artilleriya mərmiləri alır. İrandan dron aldığı da məlumdur. Mən Rusiyanın kağızdan qaplan olduğunu bilirdim, amma düşünürdüm ki, ən azından illərlə tükənməyəcək mərmi və digər silah-sursat ehtiyatları var".

Demedia.az xəbər verir ki, bunu politoloq Şahin Cəfərli deyib.

O bildirib ki, Ukrayna müharibəsi kənardan güclü görünən Putin Rusiyasının bütün makiyajını yuyub apardı:

"Türkiyə və Azərbaycandakı rusiyaçı-avrasiyaçı çevrələr də şok yaşayır, indi bütün ümidlərini ona bağlayıblar ki, Putin qışda Avropanın qazını tam kəsəcək, onlar isə dözməyib sınacaqlar və Qərb bu məsələdə bölünəcək".

Xəyalə Məmmədova / Demedia.az