Kirpi əti babasili sağaldır? - AÇIQLAMA



 14:06 06.09.2022     1101

Xalq təbabətində kirpi ətinin məhz babasil xəstəliyinin müalicəsində çox effektli rola sahib olduğu deyilir. Bəs müasir tibb buna nə deyir?

Mövzu ilə bağlı Demedia.az-a açıqlama verən cərrah proktoloq, endoskopist həkim Anar Əliyev bildirir ki, müəyyən mənada bu kimi qidalar xəstəliyin sağalmasına yardımçı olur:

“Kirpi ətinin tərkibində damarbüzücü maddə var. Bu maddə babasilin farmokoloji müalicəsi zamanı təyin edilən dərmanların tərkibində də olur. Məhz bu maddə xəstəliyin inkişafına mane olur. Lakin bu, hamıda eyni effekti vermiyə bilər. Əksinə, aldadıcı təsir edərək xəstəliyin irəliləməsinə səbəb ola bilər. Bütün hallarda, babasil problemi zamanı həkimə müraciət etmək tövsiyyə edilir”.

Xəyalə Məmmədova / Demedia.az