Avtobusda unudulan 3 yaşlı uşaq ÖLÜ TAPILDI



 14:13 06.09.2022     525

Yaponiyada məktəb avtobusunda unudulan 3 yaşlı qız uşağı dünyasını dəyişib.

Demedia.az bildirir ki, avtobusda təxminən 5 saat tək qalan uşaq huşsuz vəziyyətdə tapılıb. Dərhal xəstəxanaya aparılsa da, həkimlərin səyinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Yerli KİV-lər bildirir ki, uşaq avtobusdakı yüksək tempratur səbəbiylə ölüb. Makinohara şəhərində həmin gün havanın tempraturu 30 dərəcə olub.

Səhlənkarlıq şübhəsi ilə polis araşdırmalara başlayıb.

Xəyalə Məmmədova / Demedia.az