Kimlərə yumurta yemək olmaz? - ZƏRƏRLƏRİ



 15:26 06.09.2022     432

Yumurtanın faydaları haqda bəlkə saatlarla danışmaq olar. Bəs bu qidanın zərərləri nələrdir?

Demedia.az bildirir ki, yumurta allergiya yarada bilər. Mütəxəssislərin məlumatına görə, qastrit, bağırsaq xəstəlikləri, qaraciyər problemləri zamanı əks təsir göstərməsi də istisna edilmir.

Yüksək enerji dəyəri olan yumurtanı arıqlamaq istəyənlər və ya artıq çəkidən yaxa qurtarmağa çaışanlar bacardıqca az yeməlidirlər. Yumurtadan birdəfəlik imtina etmək olmaz.

Bir də, aldığınız yumurtanın təbiiliyindən əmin olun. Çünki mağazada satılan yumurtalar nitrat və antibiotiklərlə zəngin ola bilər; inqubatordan çıxan toyuqlar məhz belə qidalanır. Zərərli maddələrin qalıqları bağırsaq mikroflorasını zədələyir.

Yumurta uzun müddət saxlanılıbsa, qabığında çat olubsa, yaxud tərkibində zərərli maddələrdən çoxdursa, hətta lazımı qaydada bişirilməyibsə, yumurtadan zəhərlənmək ehtimalı da meydana çıxır.

Xəyalə Məmmədova / Demedia.az