Bakı nə ATƏT-lə, nə də Ermənistanla Qarabağı müzakirə etmək fikrində deyil - Politoloq



 13:07 07.09.2022     558

"Paşinyanın partiyasının üzvü Arman Yeqoyan Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında Qarabağ mövzunun müzakirə edilmədiyini və mümkün sazişə bu mövzunun aid olmadığını qeyd edir. O bu məlumatı Paşinyanın öz fraksiyası ilə görüşdə verdiyinə istinad edir".

Demedia.az xəbər verir ki, bunu politoloq Zaur Məmmədov  deyib.

O bildirib ki, Erməni tərəfi həmişəki kimi daxili auditoriyanı aldatmaqla məşquldur. Bəli, doğrudan da Azərbaycan- Ermənistan arasında açılım prosesində Qarabağ müzakirə olunmur, çünki bu məsələ ölkəmizin daxili işidir:

"Bakı nə ATƏTlə, nə də Ermənistanla Qarabağı müzakirə etmək fikrində deyil. Cənab prezidentin qeyd etdiyi kimi Qarabağa heç bir status verilməyəcək.

Əlbəttə ki, indiki halda danışıqların əsl məqsədi Ermənistanın Qarabağdan imtinası, Azərbaycana qarşı ərazi iddialarına son qoymasıdır. Əks təqdirdə, müzakirə edilən sülh müqaviləsi Azərbaycanın nəyinə lazımdır? Ona görə, Yeqoyan kimilər yaxşı olardı ki sayıqlamasınlar. Azərbaycan o şərtlə danışıqlarda iştirak edir ki, İrəvan keçmişə deyil, gələcəyə baxsın. Əgər belə olmazsa, Azərbaycan rəsmi şəkildə Qərbi Zəngəzura və Göyçəyə iddialarını qaldıra bilər. Məlum məsələdir ki, Qərbi Zəngəzurun və Göyçənin birtərəfli qaydada qeyri - qanuni şəkildə kommunistlər tərəfindən Ermənistana verilməsinin heç bir hüquqi əsası yoxdur. Elə bu yaxınlarda Qərbi Azərbaycanlıların icmasının fəaliyyətə başlaması da ondan xəbər verir ki, tarixi ədalət mütləq şəkildə bərpa ediləcək.

Öz növbəsində,Azərbaycan və Ermənistan arasında mümkün sülh sazişi fonunda İrəvan konstitusiya dəyişikliyinə getməli, Müstəqillik haqqında Aktına dəyişiklik etməlidir. 1991 - ci ildə Ermənistan tərəfindən qəbul edilən Müstəqillik haqqında Aktda bu sənədin - 1989 cu ilin Ermənistan Ali Məclisinin qərarına və "Qarabağla Ermənistanın birləşməsi ilə bağlı 1 dekabr 1989 cu il Dağlıq Qarabağ milli məclisinin qərarları əsasında hazırlandığı qeyd edilir. Əlbəttə ki, 2 dekabr tarixində qəbul edilən kağız parçasının heç bir hüquqi qüvvəsi yoxdur Lakin, bu və ya digər şəkildə gələcəkdə mümkün iddialardan sığortalanmaq üçün Ermənistanın rəsmi şəkildə Qarabağ və Ağrı dağından imtinası çox vacibdir.

Hər halda, hadisələr çox dinamikdir və region ətrafında baş verəcək hadisələrin küləyini hiss edəcəyimiz istisna deyil. Hazırda 1 sual aktuallıq təşkil edir. Ermənilər Qafqazda 1 şəhərdə yaşasınlar , ya da respublikaları indiki sərhədlər daxilində. Hayların öz aləmlərində apardıqları oyun onu göstərir ki, hər addımları ilə İrəvandan o tərəfə qovulmaqları fantastik arzu olmayacaq".

Xəyalə Məmmədova / Demedia.az