Şüyüdlə hazırlayacağınız TƏBİİ DƏRMAN RESEPTİ



 14:49 07.09.2022     528

Bu gün şüyüd bitkisindən hazırlaya biləcəyiniz çox faydalı bir resepti sizinlə bölüşəcəyik. 

Lazım olanlar:

- 1 dəstə şüyüd;

- 1 ədəd limon;

- 1 kasa qatıq

Şüyüdü sirkəli suda bir az saxlayın. Sonra bir qaba doğrayın, limonu üzərinə sıxın. Qatığı da əlavə edin və yaxşıca qarışdırın. Ağzını örtüb 30 dəqiqə saxlayın. Sonra yeyə bilərsiniz.

-Bu qarışım ilk növbədə Tiroid xəstəliklərinin, yəni zobun yaranmasının qarşısını alacaq;

-Uşaq əmizdirən gənc anaların südünün artmasına səbəb olacaq;

-Aybaşı nizamsızlığını aradan qaldırmağa və aybaşı sancılarını azaltmağa kömək edəcək;

-Xərçəng xəstəlikləri, göz və ağız boşluğu xəstəliklərinə qarşı antibakterial təsir göstərəcək;

-Həzm sisteminizi nizama salacaq, arıqlamağınıza kömək edəcək.

Bir məlumatı xüsusi vurğulamaq istəyirəm: şüyüdün tərkibində günəş şüalarına qarşı həssas olan furocoumarin maddəsi var. Uzun müddət istifadə edilən şüyüd məlhəmi dərinizdə çillər yaranmasına səbəb ola bilər.

Xəyalə Məmmədova / Demedia.az