Dəhşətli yanğının görüntüləri ÜZƏ ÇIXDI



 16:31 07.09.2022     644

Avropada son illərin ən böyük meşə yanğınının peyk görüntüləri ortaya çıxıb.

Demedia.az bildirir ki, havanın temperaturu səbəbiylə Portuqaliya, İspaniya və Fransada başlayan və getdikcə digər ölkələrə də yayılan meşə yanğınlarının peykdən əldə edilən 3 aylıq görüntüləri sürətləndirilərək videoya çevrilib.

İyunun 1-dən avqustun 31-dək peyk şəkillərinin vaxtaşırı görüntüsü bu gün Avropa Birliyinin kosmosdan müşahidə proqramı olan “Copernicus” tərəfindən paylaşılıb. Məlumatda yanğından məhv olan ərazilərin 425 min hektarı keçdiyi bildirilir.

Aysun / Demedia.az