Ədliyyə binasının qarşısında həyat yoldaşını BIÇAQLADI
Kişi boşanma prosesində olduğu həyat yoldaşını bıçaqlayaraq ağır yaralayıb.
Demedia.az bildirir ki, hadisə Türkiyənin Sakarya şəhərində qeydə alınıb. Bir müddətdir ayrı yaşadığı həyat yoldaşını Ədliyyə binasının önündə görən kişi bıçaq zərbəsi vuraraq qadına xəsarət yetirib.
Həyat yoldaşını bıçaqlayan şəxs polis tərəfindən tutularaq zərərsizləşdirilib. Hadisə yerinə gələn təcili yardım briqadası yaralı qadına ilkin tibbi yardım göstərib. Hazırda vəziyyətinin ağır olduğu öyrənilən gənc qadın Yenikənd Dövlət Xəstəxanasındadır.
Xəyalə Məmmədova / Demedia.az