İnstaqramda "Like" yığmaq istəyirdi - Az qala canından olacaqdı



 18:41 07.09.2022     530

İnstaqramda “Like” yığmaq üçün video çəkməyə çalışan gənci qatar vurub.

Demedia.az bildirir ki, hadisə Hindistanın cənubunda, Telangana bölgəsində baş verib. Mühəndislik fakültəsi tələbəsi Akshay Raj adlı şəxs qatar relsindən keçərkən çəkilmiş videosunu İnstaqramda paylaşmaq istəyib. Bunun üçün Kazipet qatar stansiyası yaxınlığına gələn gənc dostu ilə video çəkməyə başlayıb. Dostu videonu çəkərkən arxadan gələn sürətli qatar gənci vurub.

Qatar çiyninə dəyən gənc yerə yıxılarkən, kameraya düşən dostu köməyə qaçıb. Gəncin həyati təhlükəsindən sağ çıxdığı, lakin bədəninin müxtəlif yerlərində sınıq və xəsarətlərin olduğu bildirilib.

Xəyalə Məmmədova / Demedia.az